• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

"Ancaq pul qazanmağı düşünürlər" - Kütləvi zəhərlənmənin səbəbləri

Manşet / Cəmiyyət

27-08-2025, 16:15


Ötən gün Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə halı qeydə alınıb. Belə kİ, Şəmkirdə 24 nəfər dönərdən zəhərlənib. Onlardan 14-ü isə azyaşlıdır.

Bu hadisə bir daha göstərdi ki, küçə yeməklərinin keyfiyyətinə nəzarət ciddi şəkildə aparılmalıdır. Toyuq ətinin saxlanma şəraiti, gigiyenik qaydalar və məhsulun mənşəyi diqqətdən kənarda qaldıqda, nəticə kütləvi fəlakətə çevrilə bilir.

Qida eksperti İlkin Şirinov Paralel.az -a açıqlamasında bildirib ki, dönərlə bağlı məsələ hər zaman müzakirə obyektidir.

Onun sözlərinə görə, dönər insanların qidalandığı qidaların bəlkə də ən riskli qrupuna aid olanıdır:

"Biz dəfələrlə dedik, danışdıq ki, dönərxanaların vəziyyəti heç də ürəkaçan deyil. Bu günləri dönərxanalarda nəzarətsizlik var və bu günləri dönərxanaların vəziyyəti yalnız insanların sağlamlığını riskə atmaqla məşğuldur. Çünki bu günləri həmin dönərxanalarda saxlanan qidaların, dönərçinin hansı vəziyyətdə işlədiyi hər birimizin gözü qarşısındadır. Amma nədənsə öz sağlamlığımızı riskə atıb dönərxanaların fəaliyyətini daha da genişləndirməklə məşğuluq. Əksər dönərxanalarda soyuducu, soyutma sistemi yoxdur. Hətta həmin dönərçinin bir əlini yumaq üçün su belə yoxdur. O zaman ortaya sual çıxır: Burada hansı keyfiyyətdən və keyfiyyətli məhsuldan danışmaq olar?

Digər bir tərəfdən kütləvi zəhərlənmədən danışırıqsa, əgər bu günləri məhsul zəhərlidirsə, keyfiyyətsizdirsə, təbii ki, burada kütləvi zəhərlənmə baş verəcək. Dönərxanada hazırlanan qidaların hər biri risk qrupuna aid olan qidalardır: mayonezlər, ketçuplar, toyuq əti, müxtəlif souslar. Təbii ki, burada da saxlanma şəraiti olmadığından bu məhsulların tez xarab olması mümkündür və bu da kütləvi zəhərlənmə halına gətirib çıxardacaq. Biz nəzər yetirsək görərik ki, bu günləri dönərxanalardakı mayonezlərin ağzı günlərlə açıq qalır və burada da məhsulları saxlamaq üçün hər hansısa bir bufer zona yoxdur. Yaxud xüsusi bir otaq yoxdur ki, həmin otaqda məhsullar təhlükəsiz vəziyyətdə saxlanılsın və bakteriyaların çoxalması mümkün olmasın".

Ekspert qeyd edib ki, bu gün dönərxanaların vəziyyəti göz qabağındadır:

"İnsan sağlamlığı bir kənara qoyularaq işbazlar yalnız pul qazanmağı düşünürlər. Nəticədə isə insanlarımız öz sağlamlıqlarını riskə ataraq həmin dönərlə qidalanırlar. 6-7 manata satılan toyuq əti bazarda təklif olunursa, dönərin cəmi 1 manata satılması təəccüb doğurur. Və bu dönərxananın qarşısında böyük bir izdiham yaranır. Belə olan halda sual yaranır: bir manata satılan dönərin keyfiyyətindən və sağlam qidalanmadan danışmaq mümkündürmü? Müştəri çoxluğundan belə şəraitdə dönərçi nə əlini yumağa, nə də istifadə etdiyi alətləri təmizləməyə vaxt tapır. Həmin kəsici alət isə həm çiy ətə, həm tərəvəzə, həm də souslara toxundurulur. Təbii ki, burada kütləvi zəhərlənmə baş verəcək.

Neçə ki, bu nəzarət mexanizminin gücləndirilməməsi məsələsi var, bu cür hallar qaçılmazdır. Dönərxanalara nəzarət mexanizmi zəif olduğundan da bunlar baş verir. Bu gün dönərxanalar magistral yolların kənarında, insanların sıx toplaşdığı ərazilərdə, bazar və metro çıxışlarının qarşısında, üstü açıq şəkildə fəaliyyət göstərir. Belə şəraitdə dönərlər havanın, küləyin, tozun və torpağın təsirinə məruz qalır, amma insanlar onları böyük həvəslə alıb yeyirlər. Toyuq ətinin tez xarab olması, düzgün saxlanma şəraitinin təmin edilməməsi, məhsulların keyfiyyətsizliyi və baytarlıq nəzarətindən keçməməsi ciddi təhlükə yaradır. Mənşəyi məlum olmayan toyuq ətindən hazırlanan dönər də kütləvi zəhərlənməyə gətirib çıxara bilər".

Oxunub: 897
Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

27-08-2025, 16:00

Çiy ət və ət məhsulları yeməyin hansı təhlükələri var? - Ekspert AÇIQLADI

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet / Cəmiyyət

21-08-2025, 17:50

Qida mütəxəssisi: Dönər ən riskli qidalardan biridir

Manşet / Cəmiyyət

20-08-2025, 14:20

"Qida əlavələri: sağlamlıq üçün zəruri, yoxsa sadəcə biznes?” - RƏY BİLDİRİLDİ

Manşet / Cəmiyyət

18-08-2025, 13:48

ƏHALİYƏ ŞOK XƏBƏRDARLIQ: Bu məhsulları qəti almayın, yavaş işləyən zəhərdir...

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
  • 12-02-2026, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • 12-02-2026, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • 12-02-2026, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə