2019-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Şimali Koreyada gizli əməliyyat keçirməyə cəhd edib. Gündəm24.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, missiyanın məqsədi, Kim Çen Inın nüvə məsələsi ilə bağlı ABŞ prezidenti Donald Trampla təmasları zamanı onun kommunikasiyalarını kəsmək üçün elektron qurğu quraşdırmaq olub. Bu telefon dinləmələri Vaşinqton üçün strateji əhəmiyyətli “kor nöqtə” sayılırdı.
Gecə vaxtı sualtı paltarda qayalı sahilə enən xüsusi təyinatlılar Şimali Koreya qayığı ilə qarşılaşıblar. Onlar atəş açaraq qayığın ekipajını öldürüblər, lakin tapşırığı yerinə yetirə bilməyib geri çəkiliblər.
Əməliyyat barədə nə ABŞ-da, nə də Şimali Koreyada məlumat verilməyib, həmçinin Konqresin əsas üzvləri də bu barədə məlumatlandırılmayıb ki, bu, qanun pozuntusu hesab oluna bilər. NYT xəbərini, missiya haqqında vəziyyətlə tanış olan rəsmilər və hərbçilərlə aparılan müsahibələrə istinadən yayıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 76