Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın Pekində baş tutan son görüşündə qeyri-adi insident yaşanıb. Gündəm24.az “Kommersant”a istinadən xəbər verir ki, görüş başlamazdan öncə hər iki liderin təhlükəsizlik xidməti əməkdaşları kondisionerin idarəetməsi üstündə mübahisəyə girişiblər.
Nəşrin məlumatına görə, Şimali Koreya nümayəndəsi divardakı pultu götürərək temperaturu +23°C-ə qaldırıb. Lakin rusiyalı mühafizəçi +20°C-də təkid edərək müdaxilə edib.
Nəticədə kondisionerin pultu üstündə əsl “dava” düşüb. Hətta bir mərhələdə tərəflər pultu bir-birinin əlindən qoparmağa çalışıblar. Yalnız güclü hərəkətlə pultu ələ keçirən tərəf vəziyyəti müvəqqəti öz xeyrinə həll edə bilib.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 36