İranın yeni prezidentinin andiçmə mərasimində 80 ölkədən nümayəndə iştirak edəcək.
Gündəmtv.Az xəbər verir ki, İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Buricerdinin sözlərinə görə, İran Konstitusiyanın 121-ci maddəsinə əsasən prezidentin andiçmə mərasimi parlamentdə məhkəmə hakimiyyətinin başçısı və Nəzarət Şurası üzvlərinin iştirakı ilə keçirilir.
İnaqurasiya mərasimində prezident Məsud Pezeşkian and içəcək və xarici, daxili siyasətlə bağlı ilk çıxışını edəcək.
Tədbirdə 2 prezident, 4 baş nazir, 11 spiker, 4 vitse-spiker olmaqla 80 ölkədən nümayəndə heyəti iştirak edəcək.