Almaniyada yaşayan azərbaycanlı gənc itkin düşüb.
Bu barədə Fərzəli Nicat Abbasəli oğlunun yaxınları məlumat verib.
Yaxınlarının dediyinə görə, Essen şəhərində yaşayan Nicat Fərzəli ilə 3 aydır əlaqə saxlamaq mümkün deyil. Qeyd edilib ki, onuna məxsus vatsap nömrəsi bəzən onlayn olsa da, heç bir zəng və mesajlara cavab verilmir.
Məlumata görə, N.Fərzəli Ukraynadan Almaniyaya gedib.
Övladından xəbər ala bilməyən Nicatın anası vəziyyətdən çox narahatdır.
Məsələ ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.