Nepaldakı əsas dövlət idarələrinin yerləşdiyi Singxa Durbar kompleksi silahlı etirazçılar tərəfindən yandırılıb. Online Khabar yazır ki, binada hökumət kabinetləri, o cümlədən baş nazirin otaqları yerləşirdi və bütün mühüm sənədlər külə dönüb.gundemtv.az xəbər verir ki, məlumata görə, gündüz saatlarında etirazçılar saraya soxularaq ona od vurublar. Bəziləri isə binadan kompüter və mebel çıxarıb. Qeyd olunur ki, Asiyanın ən böyük sarayı sayılan Singxa Durbar 1903-cü ildə baş nazir üçün şəxsi iqamətgah kimi tikilmişdi və 1,7 min otaqdan ibarət idi.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 16