• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı

Son dəqiqə / Dünya

7-09-2025, 10:45



Faciədən aylar keçməsinə baxmayaraq, Rusiya AZAL təyyarəsinin vurulmasına görə israrla günahını etiraf etməkdən imtina edir. Bu qəzanın günahkarları hələ də cəzalandırılmayıblar: onlar xidmətlərini davam etdirirlər, bəziləri isə hətta vəzifələrində yüksəliblər.



gundemtv.az-ın Minval Politika-ya istinadən verdiyi məlumata görə, AZAL-ın sərnişin reysinə zərbə endirilməsinə gətirib çıxaran qərarlar zəncirində əsas fiqurlar bunlardır:


— general-mayor Aleksandr Tolopilo — 51-ci HHM diviziyasının komandiri, raket buraxılışına icazə verən şəxs;

— polkovnik-leytenant Nikolay Orlyanski — əmri qəbul edib hesabata ötürən şəxs;
— kapitan Dmitri Paladiçuk — birbaşa buraxılışı həyata keçirən;
— kapitan Dmitri Pudovkin — 51-ci HHM diviziyasının döyüş idarəetmə qrupunun baş naviqatoru;
— polkovnik-leytenant Vladimir Yanovski — Cənub Hərbi Dairəsinin qərargahının növbətçi zabiti;
— polkovnik Gennadi Yeremenko — Hərbi Hava Qüvvələri və HHM-in 4-cü qvardiya ordusunun komanda məntəqəsinin növbətçi zabiti.

Mənbələrimizin bildirdiyinə görə, onların hamısı faciədə aktiv rol oynayıb. Amma heç kim məsuliyyətə cəlb olunmayıb — əksinə, bəzi zabitlər yeni təyinatlar alıblar.

Tolopilonun əmri və AZAL reysi faciəsi

Məhz general-mayor Aleksandr Tolopilo Bakı–Qroznı marşrutu ilə hərəkət edən sərnişin təyyarəsinə qarşı “Pantsir-S” zenit-raket kompleksinin tətbiqinə icazə verib.

Hücum nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

Minval Politika-nın daha əvvəl yazdığı kimi, “Pantsir” hesabı texniki və təşkilati cəhətdən yararsız vəziyyətdə idi, bu isə mülki təyyarənin vaxtında tanınmasına imkan verməyib. Bununla belə, Tolopilo yalnız cəzasız qalmayıb, həm də vəzifədə yüksəlib — Uzaq Şərq Hərbi Dairəsinin HHQ və HHM-in 11-ci qvardiya ordusu komandirinin müavini təyin olunub.

Qalmaqallar fonunda karyera yüksəlişi

Minval Politika-nın əldə etdiyi məlumata görə, 51-ci HHM diviziyasına komandanlıq etdikdən sonra general-mayor Aleksandr Tolopilo 11-ci HHQ və HHM ordusunun qərargah rəisi — birinci komandan müavini vəzifəsinə təyin olunub. Belə sürətli yüksəliş, adətən, yalnız ciddi xidmətlər və ya xüsusi himayədarlıq sayəsində mümkündür.

Lakin Tolopilonun şəxsi işləri qüsursuz deyil. Onun xidməti siyahısında intizam cinayətləri hesab edilə biləcək hallar var, amma bunların heç biri cəzalandırılmayıb. Ən səs-küylü hadisələrdən biri 2024-cü il 8 iyunda baş verib. Həmin gün Tolopilonun rəhbərlik etdiyi 51-ci HHM diviziyasının səhlənkarlığı nəticəsində Ukrayna PUA-larına qarşı əməliyyat zamanı Rusiyanın ən bahalı və “prestijli” təyyarələrindən biri olan Su-57 qırıcı təyyarəsi zədələnib. Bundan əlavə, Astarxan vilayətinin Axtubinsk rayonunda yerləşən Çkalov adına 929-cu Dövlət Uçuş-Sınaq Mərkəzinin aerodromunda mülki heyət üzvləri də xəsarət alıb.

Radarların işləmə rejimləri təlimatlara uyğun qurulsa da, hələ 7 iyun 2024-cü ildə bəzi döyüş maşınlarının nasazlığı aşkarlanmış və rəhbərliyə məruzə olunmuşdu.

İstintaq sənədində göstərilirdi ki, bir sıra “Pantsir-S” döyüş maşınları yararsız vəziyyətdə idi. Bunun nəticəsində PUA hədəfi vaxtında aşkarlanmayıb və Su-57 zərər görüb. Hətta bəzi heyətlər rəhbərliyə bu avadanlıqların yalnız 30 dəqiqə, maksimum 3 saat normal işləyə biləcəyini bildirib, çünki onlar həddindən artıq qızırdı. Buna baxmayaraq, rəhbərlik nasaz texnikaları mövqelərə qaytararaq istifadəyə verib.

Bu cinayətkar səhlənkarlıq əvvəlcə Su-57-nin, daha sonra isə AZAL sərnişin təyyarəsinin vurulmasına gətirib çıxarıb.

İstintaqsız qalan faciə

“Pantsir-S” zenit-raket komplekslərinin texniki nasazlığı və idarəetmədəki kobud səhvlərə dair açıq faktlara baxmayaraq, cinayət işi qaldırılmayıb. Rəsmi izahat istehza kimi görünürdü: guya niyyət olmayıb və ya “ehtiyatsızlıqdan” baş verib. İstintaq dayandırılıb, məsuliyyət PUA-ların konstruktiv xüsusiyyətləri və uçuş trayektoriyası ilə izah olunub.

Beləliklə, Tolopilo və onun zabitləri məsuliyyətdən azad edilib, hadisə ört-basdır olunub. Nəticədə, intizam tədbirləri əvəzinə general yeni vəzifə alıb. Bu isə Rusiyanın hərbi rəhbərliyində cəzasızlıq hissini daha da gücləndirib.


Oxunub: 282
Paylaş:
Digər xəbərlər

Manşet

2-09-2025, 14:50

“Qanuni oğrular”ın hakimiyyəti - cinayətkar dəstələrin aqibəti pis olub: ölüm, həbs...

Manşet / Siyasət

30-08-2025, 09:56

PUTİN TƏHLÜKƏSİZLİK ŞURASINDA QƏRAR VERDİ – SABAHDAN KREMLİN BÜTÜN İTLƏRİ AZƏRBAYCANA HÜRƏCƏK!

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

26-08-2025, 22:02

35 hərbçi təzminat üçün bir-birini güllələyib - Rusiya ordusunda qalmaqal

Manşet / Siyasət

16-08-2025, 12:40

DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə