• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

PUTİN TƏHLÜKƏSİZLİK ŞURASINDA QƏRAR VERDİ – SABAHDAN KREMLİN BÜTÜN İTLƏRİ AZƏRBAYCANA HÜRƏCƏK!

Manşet / Siyasət

30-08-2025, 09:56



Moskva ilə Bakı arasındakı münasibətlər ən gərgin mərhələsinə daxil olub. Rusiya açıq şəkildə Azərbaycanı hədəfə alıb və həm hərbi, həm informasiya, həm də siyasi müstəvidə Bakıya qarşı koordinasiyalı hücum kampaniyası həyata keçirir.



Münasibətlərin gərginləşməsinin əsas səbəbi ötən ilin dekabr ayında baş verən dəhşətli hadisə – Azərbaycan təyyarəsinin vurulmasıdır. Bu dəhşətli faciədən sonra Moskvanın davranışları anormal və saymazyana oldu. Rusiya nə faciəni obyektiv şəkildə araşdırdı, nə də günahkarları müəyyən edib cəzalandırdı. Təyyarənin vurulmasında iştirak edənlərin məsuliyyəti ört-basdır edildi, kompensasiya məsələsi gündəmə belə gətirilmədi. Bu isə Azərbaycan cəmiyyətində haqlı qəzəb və etiraz doğurdu.

Faciədən sonra Moskva Azərbaycanla münasibətləri düzəltmək əvəzinə, yeni hücumlara başladı. Əvvəlcə Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artdı, iş adamları sıxışdırıldı, miqrantlara qarşı repressiyalar genişləndirildi. Ardınca Ukraynada Azərbaycanın iqtisadi varlığına bir neçə dəfə raket zərbələri endirildi: SOCAR-ın yanacaqdoldurma məntəqələri iki dəfə vuruldu, qaz paylayıcı məhv edildi. Daha sonra qardaş Türkiyənin "Bayraktar" zavodu bombalandı. Dünən isə Azərbaycanın Kiyevdəki səfirliyinin cəmi yüz metrliyinə raket düşdü.

İnsayder məlumatlarına görə, bütün bunlar təsadüfi deyil. Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında şəxsən göstəriş verib: “Azərbaycan prezidentinin anti-rus siyasətinə qarşı böyük kampaniya başlamalıdır.” Dövlət mediasına Azərbaycana qarşı hücumların açıq şəkildə aparılmasına icazə verilib. Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov isə Azərbaycana qarşı təbliğat materiallarının hazırlanmasına məsul edilib.

Məsələnin görünən tərəfi budur ki, bütün bu qəzəbli və yeni kampaniyanın səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədən sonra oldu. Həmin müsahibədə Əliyev açıq şəkildə bildirib ki, 1920-ci ildə Rusiya Azərbaycanı işğal edib...

Musavat.com olaraq bildiririk ki, bu, Azərbaycanın dərsliklərində və arxivlərində təsbit olunmuş tarixi faktdır. Və illərdir ki, ölkəmizdə tədris olunur. Lakin Kreml bu həqiqəti bəhanə edərək, birbaşa Azərbaycan liderinə qarşı informasiya və siyasi hücuma keçdi.

Əslində, bütün bu proseslər bir həqiqəti göstərir: Rusiya Azərbaycandan istədiyini ala bilmir. Prezident İlham Əliyev müstəqil siyasət yürüdür, Moskvanın, ya da bir kimsənin diktəsini qəbul etmir və Ermənistanla normallaşma prosesinə kənar gücləri, o cümlədən də Rusiyanı buraxmır. Bu da diktəyə öyrəşmiş "rus ayısı"nı qəzəbləndirir və indi o, pəncəsi üstə qalxaraq bağırmaqdadır...

Belə bir vəziyyətin yaranmasına birbaşa məsul olan Putin münasibətləri düzəltmək əvəzinə, hər bəhanədən istifadə edərək Azərbaycana qarşı təzyiq siyasətini daha da gücləndirir. Təyyarə faciəsini ört-basdır etməsi, diasporaya qarşı hücumlar, Ukrayna ilə əlaqələrə görə qısqanclıq ritorikası və indi də Əliyevin tarixi bəyanatını bəhanə etməsi Kremlin niyyətini açıq şəkildə göstərir. Moskva Azərbaycanla normal münasibətləri bərpa etmək istəmir – əksinə, Putinin şəxsən rəhbərlik etdiyi bu kampaniya münasibətləri daha da uçuruma sürükləyir.

Putin və Kremlin bu davranışları nəticə etibarilə təkcə Azərbaycanla münasibətlərin qopması ilə yekunlaşmayacaq, eyni zamanda Rusiyanın Güney Qafqazı və bütövlükdə Türk dünyasının əhəmiyyətli bir qismini birdəfəlik itirməsinə gətirib çıxaracaq. Vladimir Putinin yanlış siyasəti nəticəsində artıq bütün dünya, o cümlədən slavyan xalqları belə, Rusiyadan üz döndərir, Avropa ard-arda sanksiyalar tətbiq edir. Bu gün hər kəs Rusiyanın “izqoy” vəziyyətə düşməsindən danışır. Belə şəraitdə Kreml öz aqressiv siyasətini Güney Qafqaza, Azərbaycana yönəltməklə sadəcə özünü daha dərin uçuruma sürükləyir. Çünki indiki durumda Rusiya Azərbaycana heç nə edə bilməz – nə etsə, yalnız özünə və Rusiyada çalışan, həmin ölkənin rifahı və iqtisadiyyatı üçün zəhmət çəkən milyonlarla azərbaycanlı miqrantın taleyinə edəcək. Azərbaycan isə əksinə, bütün qonşuları ilə sülh, barış və əməkdaşlıq şəraitində yaşamağı, münasibətlər qurmağı hədəf seçmiş bir dövlətdir. Lakin Moskva ötən ilin dekabrından başlayaraq yenidən “pəncəsi üstə qalxmış ayı” siyasətinə qayıdıb. Bu isə Kremlin sonunun yaxınlaşdığını, Rusiyanın regionda artıq qalıcı heç nə edə bilmədiyini bir daha göstərir.\\Musavat.com

Oxunub: 576
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

26-08-2025, 10:03

Rusiyanın “Turan sancısı” - Moskvadan şok etiraf

Manşet

26-08-2025, 10:00

Vilayəti əl çəkmir - “Qurani-Kərimdə Qafqaz...”

Manşet / Siyasət

25-08-2025, 23:40

"O azərbaycanlını məhv etmək lazımdır" - Solovyovdan ŞOK SÖZLƏR

Manşet / Siyasət

18-08-2025, 13:30

Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
  • 12-02-2026, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • 12-02-2026, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • 12-02-2026, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə