"İstehlakçı aldığı məhsulun etiketinə nəzər etməli və üzərində yazılan məlumatı ətraflı oxumalıdır”.
Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O, saxta məhsulların satışı ilə məşğul olanların İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, 6 000 manata qədər cərimə olunduğunu bildirib.
"Əmtəə baarlarında olan məhsulların 80%-nin sənədi olmadığı üçün istehlakçı məhsulun sənədini və mənşəyinə aid sertifikatını tələb etməkdə çətinlik çəkir”, - Eyyub Hüseynov qeyd edib.