Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
gundemtv.az xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, Pezeşkian bildirib ki, Tehran Bakı və İrəvan arasında əldə olunmuş, bölgədə sabitliyin möhkəmlənməsinə yönəlmiş razılaşmaları dəstəkləyir. O, həmçinin vurğulayıb ki, İran Cənubi Qafqazda istənilən xarici hərbi mövcudiyyətin əleyhinədir və bunu sülhə təhlükə hesab edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Ankara Azərbaycan və Ermənistanla daim məsləhətləşmələr aparır və bu prosesin əsas məqsədi bölgədə sülhün möhkəmləndirilməsidir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 29