• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Ermənistan İrandan razılıq ala bildimi? - DETALLAR

Manşet / Siyasət

22-08-2025, 10:01


Ermənistanın İranı “Tramp marşrutu”na razı salıb-salmadığı sualı bölgədəki gərginlik fonunda hələ də müzakirə mövzusudur. 8 avqust Vaşinqton sammitindən sonra Ermənistan və İran rəsmiləri arasında çoxsaylı telefon danışıqlarına, həmçinin prezident Məsud Pezeşkianın İrəvana səfərinə baxmayaraq, Tehran hələ də narahatlığını aradan qaldırmayıb.

Gündəm24.az xəbər verir ki, 20 avqustda İran prezidentinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra sosial şəbəkə X-də yazdığı paylaşım diqqət çəkib:

“Ortaq sərhədimizdə üçüncü qüvvələrin mövcudluğu ilə bağlı narahatlıqlarımız aradan qaldırılmalıdır.”

Pezeşkianın İrəvan səfəri, əksər beynəlxalq müşahidəçilərin dediyi kimi, Tehranla İrəvan arasında inamın tam bərpa olunmadığını göstərdi. Bu ifadə aydın şəkildə ortaya qoyur ki, Ermənistan tərəfinin şifahi zəmanətləri Tehranı qane etmir. İran milli təhlükəsizliyini təmin edəcək hüquqi təminatlar tələb edir.

Xatırladaq ki, “Tramp marşrutu” adı verilən və 99 illiyə ABŞ şirkətinə Zəngəzur dəhlizinin verilməsini nəzərdə tutan TRIPP sazişi Ağ Evdə imzalanıb. Bu sənəd Tehranda birmənalı qarşılanmayıb. SEPAH-a yaxın dairələr “Zəngəzur Trampın muzdlu əsgərləri üçün məzara çevriləcək” açıqlaması ilə çıxış edib. Pezeşkian hökuməti isə bu cür kəskin ifadələri “şişirdilmiş” adlandıraraq yumşaltmağa çalışıb.

Sonrakı günlərdə İran və Ermənistanın xarici işlər nazirləri və Təhlükəsizlik Şuralarının katibləri bir sıra telefon danışıqları aparıblar. İrəvan marşrutun öz nəzarəti altında qalacağını, ABŞ hərbçilərinin və ya muzdlu şirkətlərin iştirakının istisna olunduğunu vurğulayıb. Lakin Pezeşkianın səfəri göstərdi ki, Tehranla İrəvan arasında etimad tam bərpa edilməyib.

Layihənin fəaliyyət mexanizmləri isə hələlik qeyri-müəyyən olaraq qalır. Bu məsələ Ermənistan, Azərbaycan və ABŞ nümayəndələrinin daxil olduğu işçi qrupunda müzakirə ediləcək. İlkin plana əsasən, ABŞ və Ermənistan birgə müəssisə yaradacaq, hüquqi baxımdan İrəvana tabe olacaq, təhlükəsizlik məsələləri isə Ermənistanın öhdəsinə düşəcək. Razılaşmada “Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqə” ifadəsi yer alsa da, bu anlayışın konkret məzmunu açıqlanmayıb. Məhz bu qeyri-müəyyənlik İranı narahat edir.

Erməni rəsmiləri yeni marşrutun Tehran üçün də faydalı olduğunu, İrana Qara dənizə çıxış imkanlarını genişləndirəcəyini iddia edirlər. Amma İran bəyanatlarla kifayətlənmir, hüquqi və institusional zəmanətlər tələb edir. Analitik Akop Badalyanın sözlərinə görə, Tehran konkret mexanizmlər əldə etməyə çalışacaq. Bu zəmanətlər Ermənistan-İran iqtisadi əlaqələrinin genişləndirilməsi ilə bağlı yeni sənədlərdə rəsmiləşdirilə bilər. Pezeşkianın səfəri zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təşəbbüsü də gündəmə gəlib. Amma İranın siyasi elitasının, xüsusən də dəhlizin açılmasına ənənəvi olaraq qarşı çıxan mühafizəkar qüvvələrin buna necə yanaşacağı hələ bəlli deyil.

İranşünas ekspert Alen Şadunts hesab edir ki, Pezeşkianın danışıqları Tehranı yumşaltsa da, narahatlıqları tam aradan qaldıra bilməyib:
“Bu narahatlıqlar heç vaxt tamamilə aradan qalxmayacaq. Amerikalılar prosesə cəlb olunarsa, yalnız miqyası dəyişəcək, amma təhlükənin mahiyyəti qalacaq.”

Tehran üçün əsas diqqət mərkəzində ABŞ-ın marşrutda iştirak forması dayanır. Kimin idarəetmədə yer alacağı, hansı səlahiyyətlərə və resurslara sahib olacağı, nəzarət mexanizmlərinin necə qurulacağı həlledici olacaq.

Əlavə gərginlik yaradan amillərdən biri də “Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqə” bəndidir. Bu, İranın strateji maraqlarına zidd ola bilər və alternativ layihələrin, xüsusilə “Araz yolu”nun reallaşmasına təsir göstərə bilər.

Nikol Paşinyan artıq bəzi praktiki addımları açıqlayıb. O, Ermənistanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən Azərbaycanla keçidlərdə maksimal sadələşdirilmiş rejim tətbiq edəcəyini bildirib. Buraya biometriya əsaslı, təmassız nəzarət formatlarının gətirilməsi də daxildir.

Nəticə etibarilə, İranın “Tramp marşrutu”na münasibəti onun milli təhlükəsizliyinə veriləcək hüquqi və institusional təminatlardan asılı olacaq. Hazırda Tehrandan gələn siqnallar göstərir ki, etimad tam bərpa edilməyib və İranın yekun mövqeyi Ermənistan və ABŞ-ın təqdim edəcəyi konkret mexanizmlərdən asılı olacaq.

Səmra İsmayıl,
Gündəm24.az

Oxunub: 293
Paylaş:
Digər xəbərlər

Manşet

21-08-2025, 16:32

Pezeşkianın Belarus səfəri ilə bağlı GİZLİ MƏQAMLAR: Zəngəzur dəhlizi və...

Manşet

19-08-2025, 20:53

Vaşinqton razılaşmaları və “Tramp dəhlizi”: İmkanlar və risklər (ŞƏRH)

Manşet

17-08-2025, 14:40

Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

Manşet

16-08-2025, 14:40

"Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır" — Qüdrət Həsənquliyev

Manşet

15-08-2025, 19:30

Türkiyə Kəşfiyyatından ŞOK: Bu iki dövlət Ankaranın düşmənləri ELAN EDİLDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
  • 12-02-2026, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • 12-02-2026, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • 12-02-2026, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə