Antalyada nar şirəsinin 1200 lirə ( 61 manata ) satılması turistlərin narazılığına səbəb olub.
Gündəmtv.az bildirir ki, xarici ölkədən Türkiyəyə dincəlməyə gedən turistlər qiymətlərin fantastik dərəcədə baha olmasından şübhələnərək polisə müraciət ediblər.
Məlum olub ki, satıcılar ölkədə ilk dəfə olan vətəndaşlara qiymətləri olduğundan baha deyərək fırıldaqçılıq edirlər.
Polis turistlərin əlavə ödədiyi pulu onlara verib, satıcılara xəbərdarlıq edib.
Qeyd edək ki, hazırda İstanbulda ( Sultanahmet / Fatih ərazisi ) dönər 21 manata satılır.