Cəbrayıl rayonu Horovlu, Şükürbəyli kəndlərinin və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xətti çəkiləcək.
“Gündəmtv.Az”ın məlumatına görə, bununla bağlı “Azərişıq” ASC “Harmony Industrial Construction and Engineering Group” ilə anlaşıb.
Şirkətə 10 mln 11 min manat ödəniş ediləcək.