Kiyev vilayətinin Borispol rayonunda 7 yaşlı uşaq atasının ov tüfəngi ilə 6 yaşlı qonşusunu güllələyib.
Gündəm24.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Polisin məlumatına görə, uşaq silahı evdə götürüb və təsadüfən atəş açıb.
Nəticədə 6 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisədən sonra uşağın atası saxlanılıb və barəsində cinayət işi açılıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 118