Putin Qərbin Ukraynaya gələcək dəstəyinin qarşısını almaq üçün nüvə təhdidlərindən istifadə etməyə davam edir.
Gündəmtv.Az xəbər verir ki, bu barədə ISW-nin hesabatında qeyd olunub.
Hesabatda vurğulanır ki, bu, Qərbin Ukraynaya dəstəyinin qarşısını almaq üçün davam edən informasiya kampaniyasının tərkib hissəsidir.
Bu baxımdan da Putinin bəyanatları Qərbin Rusiya işğalına qarşı səylərini sabotaj etmək məqsədi daşıyan informasiya əməliyyatının davamı kimi dəyərləndirilir.
ISW analitiklərinin fikrincə, burada manipulyasiya amili olduğundan çətin ki, proseslər faktiki nüvə eskalasiyasına gətirib çıxarsın.