Bu gün İrəvanda keçirilən etiraz aksiyasında Milli Assambleyanın “Hayastan” fraksiyasının deputatı Aşot Simonyan döyülüb.
“Gündəmtv.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, etiraz aksiyasında saxlanılan deputat artıq sərbəst buraxılıb. A. Simonyana qarşı zorakılıq tətbiq edən polis əməkdaşının səlahiyyətlərinə isə xitam verilib.