İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Bayden arasında baş tutan telefon danışığında İsrailin İrana qarşı mümkün cavab tədbirini müzakirə edib.
Gündəmtv.Az "Walla"ya istinadən xəbər verir ki, telefon danışığında tərəflər arasında İsrailin İrana qarşı mümkün hücum planının mahiyyəti və miqyası ilə bağlı Vaşinqton və Təl-Əviv arasındakı fikir ayrılığının Netanyahu ilə Bayden arasında keçirilən görüşdə “əsasən həll edildiyi” iddia edilir.
İsrailin mümkün cavab hücumu planının Vaşinqton administrasiyasının istədiyindən “bir az sərt” olduğu bildirilir.
Xəbərdə həmçinin bir gün öncə İsrail Təhlükəsizlik Kabinetinin keçirilən iclasında Netanyahu və müdafiə naziri Yoav Qallanta İrana hücumun vaxtını təyin etmək səlahiyyəti veriləcəyi barədə məlumat da yer alıb.