Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası sosial şəbəkələrdə qondarma “erməni soyqırımı”na həsr olunmuş paylaşımdan “soyqırımı” sözünü çıxarıb.
“Gündəmtv.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edək ki, missiya əvvəlcə “X” sosial şəbəkəsində “soyqırımı” sözünün işlədildiyi paylaşım edib, lakin bir neçə saat sonra bu ifadəni silərək, onu “1915-1923-cü illər qurbanlarının xatirəsi” ilə əvəzləyib.(Report)