Son günlər doktorantura təhsilinə ölkəmizdə maraq hədsiz çoxalıb. Bunun bir çox obyektiv və subyektiv səbəbləri mövcuddur. Xüsusən, alimlik dərəcəsinə doğru addımlayan gənclər mütləq şəkildə doktorantura təhsili almağı qarşıya məqsəd qoyurlar. Digər tərəfdən, doktorantura təhsili müddətində gənclərin hərbi xidmətdən azad olmaları, yəni möhlət hüququnun verilməsi də bu təhsil pilləsinə marağı artıran səbəblər sırasında yer alır. Bütün bunları nəzərə alaraq, doktorantura təhsili və onun üstünlükləri ilə bağlı Türkiyənin "Okan" Universitetinin Beynəlxalq əlaqələr ofisinin direktoru Hazar Dördüncü ilə müsahibə etmişik.
Hazar Dördüncü
Gündəmtv.az-ın suallarını cavablayıb.
O, Türkiyədə doktorantura təhsili ilə bağlı bir çox önəmli məqamlara toxunub, azərbaycanlı tələbələrin qardaş ölkədə doktoranturaya qəbulunun mərhələlərindən, yaradılan şəraitdən bəhs edib.
Müsahibəni təqdim edirik:
- Hazar bəy, son illər doktorantura təhsilinə maraq artıb. Bilmək istərdik ki, Okan Universiteti azərbaycanlı tələbələrə hansı imkanları təklif edir?
- Bəli, təhsilin bu səviyyəsi üçün son zamanlar maraq olduqca artıb. Okan Universiteti Türkiyə daxilində və digər ölkələrdən tələbə qəbulu həyata keçirir. Bunlardan biri də qardaş ölkəmiz olan Azərbaycandır. İlk olaraq qeyd edim ki, universitetimizdə tələbələrə bir çox imkanlar tanınır. O cümlədən ,yataqxana imkanları da bunların arasındadır. Xəstəxana qrupu (bir çox xəstəxanalar Cərrahiyyə – Stomatoloji Xəstəxana – Sabiha Gökçen hava limanında Təcili Yardım və poliklinika) da universitetimizin balansında mövcuddur.
-Doktorantura təhsili necə həyata keçirilir? Tələbə neçə il təhsil almalıdır?
- Təhsil müddəti 4 ildir. Bu illər ərzində universitetimiz tərəfindən ona bütün lazımi imkanlar yaradılır və təhsilini keyfiyyətlə başa vurmağı üçün hər bir şərait var.
- Xahiş etsək, bunu daha da açıq şəkildə oxucularımıza izah edərdiniz.
- İlk il tələbə ixtisasına uyğun olaraq təxminən 10 fənn keçməlidir. Daha sonra doktorantura üzrə ixtisas imtahanına (yeterlilik imtahanına) daxil olmalıdır. Yeterlilik imtahanından uğurla keçən tələbə elmi rəhbəri ilə birlikdə doktorluq dissertasiyasını yazmağa başlayır. Bu proses təxminən 4 ilə başa çatır. Lakin bəzi hallarda tələbənin dissertasiyanı hazırlama müddətindən asılı olaraq 5-6 ilə qədər uzana bilər.
- Hazar bəy, Azərbaycanda bu qəbulu həyata keçirən hər hansı bir şirkət varmı? Doktorantura təhsili almaq istəyənlər bunu necə həyata keçirə bilər?
- Əlbəttə. Biz hazırda Bakıda fəaliyyət göstərən "Study in Turkey" şirkəti ilə əməkdaşlıq edirik. Bu şirkət vasitəsilə tələbələrimizin qəbulu həyata keçirilir. Bununla bağlı bir çox nümunələrimiz var. Onlardan biri də illərdir ki, bu sahədə çalışan Fuad Hacıyevdir. Təhsilin bu pilləsinə yüksəlmək istəyən hər kəs əməkdaşlıq etdiyimiz şirkətə müraciət etməklə, rahat şəkildə universitetimizə qəbul ala bilər.
- Adını çəkdiyiniz şirkətlə necə əlaqə saxlamaq olar?
- ASAC - üzvü olan Study in Turkeylə əlaqə üçün; (www.studyinturkey.az 055 555 91 19, 051 505 91 19) müraciət edə bilərsiniz.