İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşıb.
Gündəmtv.Az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirib ki, Livanda ölənlərin sayı 492-yə çatıb.
Bundan əlavə, İsrailin Beyrut və Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində azı 1645 nəfər yaralanıb.
Ölənlər arasında 35 uşaq və 58 qadın var.