Yuri Slyusar əlavə edib ki, bölgədə dron hücumu xəbərdarlığı qüvvədə qalır.
Gündəm24.az xəbər verir ki, Vilayət qubernatoru Yuri Slyusar bildirib ki, Ukraynanın Rostov vilayətindəki Taqanroq şəhərinə gecə saatlarında dron hücumu həyata keçirilib və nəticədə sənaye müəssisələri, yaşayış binaları, qaz xətləri və minik avtomobilləri zədələnib.
Qubernator əlavə edib ki, hava hücumundan müdafiə qüvvələri Taqanroq və Krasnosulinski rayonunda yeddi dronu məhv edib. İlkin məlumatlara görə, hücum zamanı xəsarət alan olmayıb, təcili yardım xidmətləri isə ziyanı dəqiqləşdirir.
Slyusar həmçinin qeyd edib ki, bölgədə dron hücumu xəbərdarlığı hələ də qüvvədədir və ləğv edildikdən sonra xidmətlər zərəri aradan qaldırmağa başlayacaq.
Sədaqət Həsənova
Gündəm24.az
Oxunub: 80