Rusiya səması üzərində gecə saatlarında 64 Ukrayna dronu məhv edilib, onlardan 20-si Samara vilayətində vurulub. Hava hücumundan müdafiə qüvvələri bir neçə regionda təhlükəni vaxtında zərərsizləşdirib.
Gündəm24.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkə səması üzərində 64 Ukraynaya məxsus pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Məlumata görə, dronlar Moskva daxil olmaqla Samara, Voronej, Saratov, Rostov, Ryazan, Tula, Belqorod və daha bir neçə vilayət üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Xüsusilə paytaxt istiqamətində uçan PUA-ların tutulması gecə boyu hava həyəcanı və yüksək təhlükəsizlik rejimi yaradıb.
Oxunub: 75