• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

TƏCİLİ: Rusiya Polşaya HÜCUM ETDİ: Dörd aeroport bağlandı - Ordu hazır vəziyyətə GƏTİRİLDİ...

Manşet / Son dəqiqə / Dünya

10-09-2025, 08:01



Ötən gecə Rusiyaya məxsus pilotsuz təyyarələr kütləvi şəkildə Polşanın hava məkanına daxil olub.


Hava təhlükəsinin qarşısını almaq üçün aviasiya işə cəlb edilib.

gundemtv.az xəbər verir ki, məlumata görə, gecə təxminən saat 1 radələrində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücum pilotsuz təyyarələrinin Ukrayna sərhədini keçərək Polşa hava məkanına keçdiyini açıqlayıb. Silahlı Qüvvələrin məlumatına görə, Rusiya pilotsuz təyyarələri Zamosk şəhəri istiqamətində hərəkət edirmiş. Bu şəhər Ukrayna sərhədindən təxminən 60 kilometr aralıda yerləşir.

Həmçinin gecə saatlarında monitorinq kanalları yazıb ki, Rusiyanın daha bir neçə pilotsuz təyyarə qrupu Polşa sərhədini keçə bilərdi – bu prosesdı 10-dan çox "Şahed" iştirak edirdi.

Daha sonra Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün hərbi hava qüvvələrinin hərəkətə keçdiyini bildirib. Yerüstü hava hücumundan müdafiə və radar tanıma sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Flightradar24 xidmətinin məlumatları F-35 döyüş təyyarəsinin də Polşa hava məkanında olduğunu göstərib.

Rusiya pilotsuz təyyarələrinin təhlükəsi səbəbindən Polşada dörd hava limanının hava məkanı bağlanıb. Əvvəlcə bu, Rzeşova aid idi, lakin sonrakı bir neçə saat ərzində Lublin, Varşava və Modlin hava limanları da bağlanıb.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatına görə, ən böyük təhlükə altında olan voyevodalıqlar Podlaskie, Mazowieckie və Lublin olub.

Polşa hakimiyyətinin reaksiyası
Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Polşa üzərində dövlət sərhədini pozan obyektlərin zərərsizləşdirilməsi əməliyyatı davam edir: "Ölkənin səlahiyyətli orqanları, yəni Polşa Respublikasının Prezidenti və Polşa Respublikasının Baş naziri məlumatlandırılıb. Bütün xidmətlər fəaliyyətdədir. Sizdən xahiş edirik ki, Polşa ordusu və polisinin hesabatlarını izləyəsiniz".

Ölkənin baş naziri Donald Tusk bildirib ki, Polşa hərbçiləri hədəflərə qarşı silahdan istifadə ediblər: "Mən əməliyyat komandirindən birbaşa hesabat aldım".

Dünyanın ilkin reaksiyası

ABŞ konqresmeni Coy Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbə endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb. O, Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa səsləyib.

Onun sözlərinə görə, təcili olaraq Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyalar tətbiq etmək və Ukraynanı Rusiyaya zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır.

Demokrat senator və ABŞ Senatının Ədliyyə Komitəsinin üzvü Dik Durbin bildirib ki, bu cür hadisələr Putinin Alyansın Polşa və Baltikyanı ölkələri müdafiə etmək əzmini sınadığına dair “aydın xəbərdarlıqdır”: "Putinin Ukraynada törətməkdə davam etdiyi qırğından sonra bu müdaxilələrə göz yummaq olmaz”.

Qeyd edək ki, hazırda Rusiyanın Ukraynaya kütləvi hücumu davam edir. Kiyev də daxil olmaqla bütün ölkə boyu hava həyəcanı siqnalı verilib, müdafiə qüvvələri Kiyevə doğru qanadlı raketlərin hərəkət etdiyini açıqlayıb.\\Musavat.com

Oxunub: 536
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

30-08-2025, 19:13

Kreml ABŞ və Qərbə qarşı hibrid savaşa başlayıb: Qərb kəşfiyyatı Rusiyanın dəhşətli diversiya planını ifşa etdi

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

21-08-2025, 16:03

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinin PƏRDƏARXASI: Strateji addım, yoxsa...

Manşet

18-08-2025, 15:15

Zelenski “Dayan”ı eşitməli olan məhz Moskvadır

Manşet

15-08-2025, 19:30

Türkiyə Kəşfiyyatından ŞOK: Bu iki dövlət Ankaranın düşmənləri ELAN EDİLDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə