Bu gün Rumıniya hava məkanında Rusiya pilotsuz uçuş aparatının aşkarlandığı bildirilir. Məlumata görə, dron ölkə ərazisinə təxminən 10 kilometr dərinliyə daxil olub və NATO məkanında 50 dəqiqəyə yaxın fəaliyyət göstərib. Eyni zamanda Polşa da Rusiyadan gələn zərbə PUA-larının təhlükəsinə qarşı hərbi cavab tədbirləri həyata keçirib.gundemtv.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, özünün telegram kanalında bildirib ki, gün ərzində Rusiya dronları Ukraynanın müxtəlif bölgələrində qeydə alınıb, o cümlədən Belarusla sərhəd yaxınlığında. İlkin məlumatlara görə, bəzi hallarda dronların Ukraynaya daxil olması üçün Belarus hava məkanından istifadə olunub.
Prezidenet vurğulayıb ki, Ukrayna rəhbərliyi hesab edir ki, Rusiya hərbi rəhbərliyi dronların hədəflərini, uçuş müddətlərini və marşrutlarını əvvəlcədən dəqiq planlaşdırır. Bu səbəbdən baş verənləri təsadüf və ya aşağı səviyyəli komandirlərin özbaşınalığı kimi qiymətləndirmək mümkün deyil. Kiyevin fikrincə, bu, Rusiyanın müharibəni genişləndirməsinin açıq göstəricisidir.
Onun sözlərinə hörə, Ukrayna tərəfi bir daha qeyd edir ki, təhdidlərə qarşı preventiv addımlar atılmalıdır: “Rusiya müstəqillik və həyat məhv etməyə öyrəşib, buna görə də nəticələri hiss etməlidir. Sanksiyalar, ticarət məhdudiyyətləri və ortaq müdafiə sistemi vacibdir. Ukrayna tərəfdaşlara belə bir müdafiə mexanizmi qurmağı təklif edib. Onlarla ‘Şahed’in və ya ballistik raketlərin zərbəsini gözləməyə dəyməz.”
Əli Səfərli,
gundemtv.az
Oxunub: 332