Ermənistan tərəfi İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas səbəbini açıqladı.
Gündəmtv.az xəbər verir ki, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasında keçirilən görüşdə xarici işlər naziri İranın Zəngəzur dəhlizinə qarşı sərt çııxş etməsinin əsas səbəbini açıqlayıb.
Görüş zaman hakim partiyanın üzvlərindən biri İranın Zəngəzur məsələsində səmimiyyətinə inanmadığını bildirib. O deyib ki, Tehran Zəngəzur dəhlizi məsələsində Rusiyaya qarşı çıxmaqla həmin yolun İran ərazisindən keçiməsinə nail olmaq istəyir.
Xarici işlər naziri Ararat Mirzoyan bu məsələyə aydınlıq gətirərək deyib ki, burada problem təkcə yolda deyil, burada əsas məsələ Tehranın Cənubi Qafqaz regionunda təsir gücünü qoruyub saxlamaqdan gedir.
"Zəngəzur məsələsində Tehran uğursuzluğa düçar olarsa, o zaman bölgədə Türkiyə və Azərbaycan, həmçinin Qərb dominant gücə malik olacaq", - Mirzoyan deyib.
Sazişdə Qarabağdan olan ermənilərin geri qyatarılması ilə bağlı məsələyə də aydınlıq gətirən Ararat Mirzoyan əmin edib ki, sülh sazişində erməni qaçqınların geri qaytarılması ilə bağlı bənd yoxdur.