Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ilə müharibə üçün könüllülərin olmadığını bildirib. Gündəm24.az xəbər verir ki, bu barədə o, "The Guardian"a müsahibəsində bildirib.
"Məlumat ondan ibarətdir ki, Rusiya növbəti dəfə Ukraynaya qarşı nəsə etməyə çalışsa, biz Rusiya ilə müharibəyə başlaya bilərik. Məncə, bu, o qədər də inandırıcı deyil. Əgər siz Rusiya ilə müharibəyə başlamaq istəyirsinizsə, bu gün bunu edə bilərsiniz və mən heç bir könüllü görmürəm. Beynəlxalq münasibətlərdə etibarlı olmayan təminatlar verməkdən daha təhlükəli bir şey yoxdur", - nazir deyib.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 231