• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

SOS! “Azərbaycan o halda müharibəyə başlayacaq...”

Manşet / Siyasət / Son dəqiqə

12-09-2025, 09:00

Ermənistan Qarabağın bizə aid olduğunu tanımasa, regionu fəsadlar gözləyir - Paşinyanın adamından xəbərdarlıq




Bu ilin 8 avqustunda Vaşinqtonda imzalanan üçtərəfli birgə bəyannamə, ardınca ATƏT-in Minsk Qrupunun ləğvi ilə Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınlaşıb. Qalır yeganə əngəl - qonşu ölkənin konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı məlum istinadın çıxarılması. Bu isə bilavasitə erməni cəmiyyətinin nə dərəcədə sülh istəməsindən asılı olacaq. Yəni “top” onların meydanında. Həm də çoxdan. Seçim özlərinin.


“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasa, bu, yeni müharibəyə səbəb olacaq”. Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib (Teleqraf).

“Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. İndi Ermənistan bunun belə olmadığını söyləsə, bu, müharibəyə gətirib çıxaracaq. Köçəryan və Serjin hərəsi 10 il prezident olub, Qarabağın "müstəqilliyini" tanıyardılar. Vitali Balasanyan deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Amma onlar da Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular. Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Biz artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik. Azərbaycan da müharibəyə getməyə maraqlı deyil. Hamımız sülh istəyirik", - deputat bildirib.

Belə bir pozitiv ovqat Ermənistan cəmiyyətinə nə dərəcədə hakimdir? Melkonyan haqlıdırmı? Referendum bu gün keçirilsəydi, nəticə necə olardı?

Bu arada baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanda və xaricdə Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var. “Bəli, sülh bərqərar oldu. Amma həm Ermənistanda, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa çalışan qüvvələr var”, - Paşinyan vurğulayıb. Müharibə tərəfdarlarının dairəsi bəllidir. Hakimiyyət onları zərərsizləşdirə biləcəkmi?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, sülh xalqlar arasında gec bərqərar olur, nəinki dövlətlər arasında: “Bu gün razılaşma var, amma iki xalq hələ barışmayıb. Çünki ortada tökülən qanlar nifrəti aradan qaldırmayıb. Azərbaycan qalib tərəfdir və revanş hissi yoxdur. Ermənistan cəmiyyəti isə məğlubiyyətə görə özündə qisasçılıq istəklərini saxlayıb. Ona görə sülh sənədinin iki xalqı tezliklə barışdıracağını demək çətindir. Sadəcə, sivilizasiyanın inkişafı, regiondakı hadisələr, ticarət əlaqələri barışığı sürətləndirə bilər”.

Q.Hüseynli hesab edir ki, sülhə əngəl olan qüvvələr bəllidir: “Bu dairələr müxtəlif mərkəzlər olsa da, Rusiya bağlantıları var. Lavrov da sülh əleyhinə niyyəti gizlətmir. Sadəcə, Kremlin pozucu fəaliyyəti və bu yöndə cəhdləri hələlik bəyanatlara söykənir. Rusiya addım ata bilmir və hədə dolu ismarışlar ötürür. Ancaq məsələ odur ki, Rusiya bütün silahlarını istifadə edir - kilsə, müxalifət, daşnak qüvvələri, anti-Paşinyan mediası, ruspərəst təşkilatlar... Sadəcə, bata bilmirlər. Mən Ermənistan hakimiyyətinin sülh istədiyinə inanıram. Əgər buna mane olan qüvvələr varsa, onlar da iqtidar tərəfdarları deyil. Əksinə, sülh düşmənləri Rusiyadan qidalanır. Hətta Fransa və digər güclər də yox. Amma nəticə əldə olunmayacaq. Bölgəyə dayanıqlı sülhü gətirəcəyik və reallıqlar bunu diqtə edir”.

Siyasi təhlilçi Ramiyə Məmmədova sülh üçün heç vaxt olmadığı qədər fürsət görür. Onun fikrincə, bunu əldən vermək olmaz və nəticəsi böyük fəsadlar törədər: “Hansı qüvvələr ki, sülh istəmir və təbliğatını aparır, onlar Cənubi Qafqazda daim qan görmək istəyənlərdir. Bu mərkəzlər erməni xalqına da düşməndir. Çünki sülh olmasa, müharibə riski həmişə var. Bu da yeni qurbanlar deməkdir. Ermənistanda bəzi qruplar, siyasi düşərgələr elə bilirlər ki, revanş mümkündür və buna hazırlaşmaq lazımdır. İntəhası, onlar faciələri nəzərə almırlar. Azərbaycan Ordusu güclüdür, Ermənistanı isə Rusiya müdafiə etmir, onda revanş necə ola bilər? Ona görə erməni cəmiyyətinə növbəti siqnallar ötürülür ki, revanş emosiyalarını boğsunlar”.

Ekspert hesab edir ki, müxtəlif çağırışlar olacaq, di gəl, Bakı ilə İrəvan birgə hərəkət etməlidir. Onun sözlərinə görə, erməni müxalifəti radikal təfəkkürlü və terrorçu zehniyyətə malik qüvvələrdir.

R.Məmmədovaya görə, əgər erməni xalqı müxalifətə qoşulmursa, deməli, bu “ağıla” dəyər verilmir: “Biz gələn il seçkilərinin nəticələrini gözləməliyik. İstənilən halda, Paşinyanın qələbəsi mütləqdir. Çünki hakimiyyət dəyişikliyi regionda sülh prosesini poza bilər. Ən azından buna ciddi maneələr yaranacaq. Erməni cəmiyyəti seçim edə bilməsə də, revanşist müxalifətə inanmır. Paşinyana isə ciddi rəqib yoxdur. Ona görə də bu prosesi adlayıb sülh haqda daha əminliklə danışmaq mümkün olacaq. Erməni deputat ictimai rəyə demək istəyir ki, Qarabağın Azərbaycana aid olduğu təsdiqlənib, sülh mətni də göz qabağındadır, bunun əleyhinə çıxmaq isə yeni müharibə, yeni qurbanlar deməkdir. Erməni xalqı öz övladlarının tabutda meyitlərini görmək istəmir, o zaman sülhə səs verməlidirlər. 8 avqust sənədi də məhz Paşinyanın reytinqinə müsbət təsir edən fakt oldu”.

Yeri gəlmişkən, Ümumerməni Diplomatlar Şurasının təsisçisi Vaaqn Melikyan deyib ki, Paşinyan sülh sənədi ilə yenidən hakimiyyəti ələ almağa çalışacaq. \\musavat.com

Oxunub: 565
Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

11-09-2025, 19:00

Yağa tələbatın “ağı”nı necə çıxarıblar?

Manşet / Siyasət

31-08-2025, 14:55

İrəvanda 2 sentyabr hazırlığı - Bakıdan SƏRT XƏBƏRDARLIQ

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

21-08-2025, 09:50

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq – sensasion iddia

Manşet

16-08-2025, 14:40

"Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır" — Qüdrət Həsənquliyev

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə