Ermənistan Müdafiə Nazirliyi məcburi hərbi xidmətin müddətini 2 ildən 1,5 ilə endirməyi təklif edib.
Gündəm24.az xəbər verir ki, layihə ölkənin rəsmi hüquqi aktlar portalı "e-draft.am" saytında dərc olunub.
Sənəd hələ müzakirə mərhələsinə çıxarılmayıb.
Məlumata görə, müqavilə əsasında xidmət edən hərbçilərin sayının artması fonunda çağırışçıların sayında azalma nəzərdə tutulur.
Təşəbbüsün 2026-cı ilin yay çağırışı ilə qüvvəyə minməsi planlaşdırılır.
Qanun qəbul edildikdən sonra hazırda xidmətdə olanlara şamil olunmayacaq.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 25