• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir - Gözlər Milli Məclisdə!

Manşet

9-09-2025, 09:48


Bu ilin sonuna qədər Azərbaycanda böyük amnistiya elan ediləcəyi ilə bağlı iddialar getdikcə daha çox müzakirə olunur. Məlumatlara görə, amnistiya “Konstitusiya və Suverenlik ili” çərçivəsində qəbul edilə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edib. Bu da həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Azərbaycanın tarixi Qələbəsinin 5 illiyi ilə bağlıdır. Yada salaq ki, 2021-ci ilin noyabrında Milli Məclis Zəfər günü ilə bağlı amnistiya aktı qəbul edib. Müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub. Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Gözlənilir ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər. Yeri gəlmişkən, hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Aydındır ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur. Bu, xüsusilə ağır cinayətlər - terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bəs amnistiyanın olacağı ilə bağlı iddialar nə qədər realdır? Amnistiya olarsa, tanınmışlardan kimlər azadlığa çıxa bilər?




Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətin rəhbəri Natiq Ələsgərov deyib ki, amnistiya aktı dövlətin humanist siyasətinin bir təzahürü olmaqla yanaşı, həm də ictimai barış və ədalət hissinin möhkəmləndirilməsinə xidmət edir: “Azərbaycan praktikasına nəzər salsaq görərik ki, bütün amnistiya aktları xüsusi tarixi günlərə, əlamətdar ildönümlərinə həsr olunub. Bu baxımdan, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması amnistiya qərarının qəbul olunması ehtimalını daha da gücləndirir. Amnistiyanın tətbiqi hüquqi mexanizmlə ciddi şəkildə tənzimlənir. Cinayət Məcəlləsinin ən ağır maddələri terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə və oxşar cinayətlər amnistiyanın əhatə dairəsinə düşmür. Adətən ilk dəfə cinayət törətmiş şəxslər, az ağır və ehtiyatsızlıqdan baş verən cinayətlərə görə məhkum edilənlər, həmçinin yaşlı, qadın və azyaşlı övladı olan şəxslər amnistiya aktından yararlana bilirlər”.

Natiq Ələsgərov deyib ki, amnistiya yalnız məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərə deyil, həm də istintaqı davam edən, amma məhkəmə hökmü çıxmamış şəxslərə də şamil edilə bilər: “Məsələn, amnistiya elan olunanda istintaqı gedən bir işdə ittiham olunan şəxsin əməlinə amnistiya düşürsə, həmin cinayət işi də xitam oluna bilər. Bu, hüquqi mexanizmin mühüm tərəflərindən biridir. Amnistiyanın qəbulu yalnız məhkumların deyil, minlərlə ailənin sosial-psixoloji yükünün yüngülləşdirilməsi deməkdir”.

Natiq Ələsgərov amnistiyanın cəmiyyət üçün müəyyən risklər yarada biləcəyini də vurğulayır. Onun sözlərinə görə, amnistiya hər nə qədər humanist akt sayılsa da, cəmiyyət üçün müəyyən risklər də yarada bilər: “Əgər amnistiya çox geniş miqyasda tətbiq olunarsa, bu, bəzən ictimaiyyət arasında narazılıq doğurur. İnsanlar ağır cinayət törətmiş şəxslərin azadlığa çıxmasını təhlükə kimi qəbul edə bilərlər. Ona görə də amnistiyanın hüquqi çərçivəsi son dərəcə dəqiq müəyyən edilməlidir. Ədalət prinsipi amnistiyada əsas meyar olmalıdır. Zərərçəkmişlərin hüquqları nəzərə alınmalıdır. Ağır nəticələr doğuran cinayətlərə amnistiyanın şamil olunması ictimai etimadı zədələyə bilər. Amnistiya yalnız sosial adaptasiya imkanı olan, cəmiyyətə qayıdanda yenidən cinayət törətməyəcəyi ehtimal olunan şəxslər üçün nəzərdə tutulmalıdır”.

Natiq Ələsgərov vurğulayıb ki, amnistiya hər şeydən əvvəl dövlətin humanizm jestidir: “Amma bu jest həm də məsuliyyətli qərardır. Əks halda, belə addımın mənfi tərəfləri üstün gələ və cinayətkarlıqla mübarizəyə mənfi təsir göstərə bilər”/Gündəm24.az

Oxunub: 598
Paylaş:
Digər xəbərlər

Siyasət / Son dəqiqə

31-08-2025, 10:00

İlham Əliyev Si Cinpin ilə görüşüb

Manşet / Elm və təhsil

28-08-2025, 10:10

SABAH qrupları ilə bağlı YENİ QƏRAR

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet / Qarabağ

26-08-2025, 17:10

Laçının Zəfər salnaməsi: Tariximizin şanlı səhifəsi

Manşet / Cəmiyyət

25-08-2025, 13:10

Pensiyaçılarla bağlı MÜHÜM XƏBƏR

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə