Qətərdə İsrailin hücumunun ABŞ-a məxsus hava hücumundan müdafiə sistemlərini necə yarıb keçə bildiyinə dair şübhələr artır.
Gündəm24.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, ölkədə İsraildə olduğu kimi "Patriot" batareyaları və THAAD raketdən müdafiə sistemi mövcuddur, lakin onların idarəsi tamamilə ABŞ-ın nəzarətindədir.
Baş nazir Məhəmməd bin Əbdülrəhman əl-Tani bildirib ki, “düşmən radarlar tərəfindən aşkar edilməyən silahlardan istifadə edib”.
“Biz kritik bir məqama çatdıq və cavab olmalıdır”, - deyə o əlavə edib.
Baş nazir cavabın konkret formasını açıqlamasa da, Qətər rəsmiləri diplomatik addımlara, o cümlədən çərşənbə günü keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına işarə ediblər.
Hərbi cavab isə istisna olunur.
Qeyd edək ki, sərvətinə və iri miqyaslı silah alışına baxmayaraq, Qətər, əmirin mühafizəsi də daxil olmaqla cəmi 15 minlik hərbi kontingentlə Körfəzdə ən kiçik ordulardan birinə malikdir.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 25