Nepalın Baş naziri Şarma Oli istefa verib.Gündəm24.az xəbər verir ki, bu barədə “İndia Tudey” məlumat yayıb.
“Nepalın Baş naziri Şarma Oli ölkədə iğtişaşların artması fonunda vəzifəsindən istefa verib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Nepalda sosial şəbəkələrin istifadəsinə qoyulan qadağadan sonra kütləvi etirazlar başlamışdı. Bu gün Nepal hökuməti qadağaları dayandırmışdı.
Oxunub: 14