Nepalin paytaxtında populyar sosial şəbəkələrin (Facebook, X və YouTube daxil olmaqla) ölkədə qeydiyyatdan keçməməsi səbəbindən qadağan olunmasına etiraz olaraq kütləvi nümayişlər başlayıb. Yerli KİV-in məlumatına görə, polis parlament binasının qarşısındakı kütləyə atəş açıb, nəticədə azı 8 nəfər ölüb, onlarla insan yaralanıb.
gundemtv.az xəbər verir ki, minlərlə nümayişçi baryerləri aşmağa çalışaraq parlament binasını əhatəyə alıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etsə də, nəticədə geri çəkilməyə məcbur olub. Paytaxtın parlament, prezident iqamətgahı və əsas inzibati binalar ətrafında komendant saatı tətbiq olunub.
Nepal hakimiyyəti sosial şəbəkələrin bloklanmasını onların yerli qanunlara əməl etmədən rəsmi qeydiyyatdan keçməməsi ilə izah edir. Tənqidçilər isə bu addımı söz azadlığını məhdudlaşdırmaq və internet üzərində nəzarəti gücləndirmək cəhdi kimi qiymətləndirir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 17