Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının keçmiş sədri Dmitri Medvedev Finlandiyanı NATO-ya üzv olduqdan sonra Rusiyaya qarşı müharibəyə hazırlıqda ittiham edib. O bildirib ki, Helsinki müdafiə adı altında konfrontasiyaçı kurs aparır, NATO isə ölkənin quru, dəniz, hava, kosmos və kiber sahələrində mövqelərini möhkəmləndirir.
Gündəm24.az xəbər verir ki, Medvedev həmçinin 1947-ci il müqaviləsi üzrə reparasiyaları xatırladaraq Finlandiyanın Rusiyaya 20 trilyon rubl ziyan vurduğunu qeyd edib.
Qeyd olunur ki, bu, Ukraynada müharibənin başlanmasından bəri Rusiya rəsmi şəxslərinin bir qərb ölkəsini birbaşa hücuma hazırlıqda ittiham etdiyi ilk hadisədir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 27