Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Rusiya ordusunun canlı qüvvə və texnika baxımından üstünlüyünü etiraf edib. Onun sözlərinə görə, hazırda düşmən ümumilikdə üçqat, bəzi əsas istiqamətlərdə isə dörd-altıqat üstünlüyə malikdir.
Gündəm24.az xəbər verir ki, buna baxmayaraq, Sırski qeyd edib ki, Rusiyanın Donbas və Zaporojyedə müdafiəni yarmaq planları uğursuzluğa düçar olub: “Bir sıra istiqamətlərdə qüvvələrimiz mövqeləri qorumaqla yanaşı, onlarla kvadrat kilometr ərazini də geri qaytardı”.
Ukrayna baş komandanının sözlərinə görə, avqust ayında “Deep Strike” zərbələri ilə Rusiyada 60 hədəf vurulub, düşmən itkiləri isə 29 min nəfərə çatıb. Ümumilikdə ilin əvvəlindən bəri Rusiya tərəfinin 300 minə yaxın itki verdiyi bildirilir.
Əli Səfərli,
Gündəm24.az
Oxunub: 18