Rusiya qazı yaxın aylarda İrana Azərbaycan üzərindən çatdırılacaq
İranın Moskvadakı səfiri Kazem Calali Rusiyadan İrana qaz ixracının ilk mərhələsinin bir neçə aydan sonra başlayacağını açıqlayıb. Onun sözlərinə görə, gələn həftə iki ölkənin nümayəndələri yanacaq qiymətləri ilə bağlı müzakirələr aparacaq.
Gündəm24.az xəbər verir ki, diplomat əlavə edib ki, qaz tədarükünün ikinci və üçüncü mərhələsinin həyata keçirilməsi üçün əlavə infrastruktur tələb olunur. Bu istiqamətdə zəruri investisiyaları isə Rusiya təmin edəcək.
Məlumata görə, Rusiya qazı Azərbaycan ərazisindən keçən kəmər vasitəsilə İrana çatdırılacaq. İllik tədarük həcminin 1,8 milyard kubmetrə qədər olacağı gözlənilir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 31