• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Məktəb bazarlığı neçəyə başa gəlir?

Cəmiyyət

26-08-2025, 17:40


Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni dərs ilinə hazırlayırlar.

Gündəm24.az xəbər verir ki, Trend-in əməkdaşı məktəb ləvazimatlarının qiymətlərini və müştərilərin hazırkı alıcılıq maraqlarını araşdırıb.

Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə 45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki, bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında dəyişir.

Kitab və dəftər üzləri 10-30 qəpik arası müştərilərə təqdim olunur. Qələmlərin qiymətləri isə 30 qəpikdən başlayır.

Satıcıların sözlərinə görə, bu il qiymətlərdə müəyyən artımlar olsa da, bazarda həm seçim, həm də alıcılıq gücü var. Satıcılar deyir ki, qiymətlər normaldır. Mərkəzi bazarda məktəb ləvazimatı satan sahibkarlardan biri olan Rauf bəy qiymət artımlarının ciddi olmadığını bildirib:

"Keçən ilə nisbətən dəftərlərdə və qələmlərdə cəmi 5-10 qəpik bahalaşma var. Məktəbli çantalarında isə 2-3 manat fərq müşahidə olunur. Fikrimcə, bu artım normaldır, çünki məhsulların maya dəyəri də dəyişib”.

Başqa bir satıcı, Nigar xanım isə keyfiyyət fərqlərinin qiymətlərə birbaşa təsir etdiyini bildirir:

"Ucuz çantalar 25-30 manatdan başlayır, amma keyfiyyətli brend çantalar 80-100 manata qədər qalxır. Hətta 110 manata belə çanta var. Valideynlər, əsasən, orta qiymət aralığını seçirlər. Bununla belə keyfiyyətli məhsula üz tutanlar da kifayət qədərdir”.

Dəftərlərin qiymətləri isə daha çox vərəq sayına görə dəyişir.

Satıcı Elçin bəy bununla bağlı deyir ki, sadə dəftərlər 20 qəpikdən başlayır, amma vərəqlər artdıqca qiymət də artır:

"Daha keyfiyyətli, qalın kağızlı dəftərlər 1 manatdan 1 manat 24 qəpiyə qədər yüksəlir. Keyfiyyəti daha aşağı olan dəftərlər isə daha ucuzdur. Yəni hər büdcəyə uyğun məhsullar bazarda yerini alır”.

Bəs valideynlər bu barədə nə deyir?

Valideynlər isə qiymət artımlarının ailə büdcəsinə təsir etdiyini vurğulayırlar. Üç uşağı məktəbə gedən Vüsalə xanım deyir ki, orta hesabla 100 manat xərcləyib:

"Amma bu, sadəcə dəftər-qələm, çanta və digər ləvazimatlara aiddir. Əvvəlki illərdən bilirik ki, bu ləvazimatlar ancaq bir neçə ay kifayət edir. Dərs ili boyunca əlavə xərclərimiz də olacaq”.

Digər bir valideyn, Kamran bəy əlavə vəsait tələb edən test dəftərlərinin problem yaratdığını söyləyir:

"Şagirdlərdən əlavə olaraq sinif testlərini də tələb edirlər. Qiymətləri o qədər də baha olmasa da, əlavə xərcdir”.

Nigar xanım isə qiymət artımlarına baxmayaraq, övladlarını keyfiyyətli məhsullarla təmin etməyə çalışdıqlarını deyir:

"Ucuz dəftər alsan, keyfiyyətli olmur, qələmlər də keyfiyyətsiz olanda uşaqlar rahat yaza bilmir. Ona görə məcbur qalıb nisbətən yaxşı məhsul seçirik. Düzdür, bu, büdcəyə əlavə yükdür, amma uşaqların təhsili üçün qənaət etməyə də ürəyin gəlmir".

Oxunub: 121
Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

25-08-2025, 10:20

Ət qiymətləri rekord səviyyəyə çatdı

Manşet / Hadisə

24-08-2025, 22:15

“Sədərək” də yanan mağaza ilə BAĞLI ŞOK - 1,5 milyona yaxın...

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Manşet / Cəmiyyət

18-08-2025, 13:48

ƏHALİYƏ ŞOK XƏBƏRDARLIQ: Bu məhsulları qəti almayın, yavaş işləyən zəhərdir...

Manşet / Cəmiyyət

17-08-2025, 12:00

Yeni tələbələrin nəzərinə! — Bakıda kirayə bahalaşıb

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
  • 12-02-2026, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • 12-02-2026, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • 12-02-2026, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə