İranın Xorasan-Rəzəvi əyalətinin Taybad şəhərində xüsusi iqtisadi zonada yanacaq tankerlərinin partlaması nəticəsində Doqaron gömrüyü və sərhəd-keçid məntəqəsi bağlanıb.
Bu barədə
Gündəmtv.az "Azad İran" "Telegram" kanalına istinadən bildirir.
Məlumata görə, hadisə nəticəsində, həmçinin, avtomobillərin hərəkəti dayandırılıb.
Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndəriliblər, dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb.