Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla birgə İstanbulda Sülhməramlılarının Kompüter Dəstəkli Komanda Qərargah Təliminin xüsusi müşahidəçi günündə iştirak edib.
"Report" xəbər verir ki, tədbir Çoxmillətli Müştərək Müharibə Mərkəzi Komandanlığında həyata keçirilib.
Tədbirdə 17 ölkədən ümumilikdə 360 personal iştirak edib.
11:03
Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.