Müqəddəs Eçmiədzin monastırında vəziyyət gərginləşib.
Gündəmtv.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər verir.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları "təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər".
Qeyd olunub ki, MTX İrəvandan Müqəddəs Eçmiədzin monastırına yeni qüvvələr göndərib.
11:50
Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.
Gündəmtv.az Ermənistan mediasına istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.
11:25
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.
Bu barədə
Gündəmtv.az-ın TASS-a istinadən məlumat verir.
Məlumata görə, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.
Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.
Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.