Rusiya Silahlı Qüvvələri gecə saatlarında Dnepr şəhərində yerləşən zavoda pilotsuz təyyarələrlə hücum edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Ukrayna telegram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisədən sonra səsgücləndirici quraşdırılmış avtomobil şəhər küçələri ilə hərəkət edərək kimyəvi çirklənmə riski barədə xəbərdarlıq yayıb.
Əhalidən pəncərələri bağlamaq və ehtiyatlı olmaq tələb olunub.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 39