Almaniyanın qərb bölgəsində keçiriləcək bələdiyyə seçkilərindən öncə artıq 16 namizəd həyatını itirib.
Gündəm24.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Məlumata görə, ilk yeddi ölümdən sonra bəzi şəxslər tərəfindən sui-qəsd nəzəriyyələri səsləndirilib. Belə ki, ölən namizədlərin hamısı “Almaniya üçün Alternativa” (AfD) partiyasının üzvləri olublar. Lakin polis araşdırmaları göstərib ki, dörd halda ölümün səbəbi zorakılıq olmayıb.
Sonrakı ölümlərin əksəriyyəti fərqli partiyaların namizədlərinə aiddir.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 31