Çerniqov vilayətinin yaxınlığında humanitar missiyanın üzvləri mina təmizləmə işləri apararkən Rusiya qüvvələrinin hücumuna məruz qalıb.
Gündəm24.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumatda bildirilir ki, həlak olan və yaralanan şəxslər ərazilərin minalardan təmizlənməsi işləri ilə məşğul olublar. Hadisə bölgədə humanitar fəaliyyət göstərən təşkilatlar arasında narahatlıq yaradıb və təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 107