Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.
Gündəmtv.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib. Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.