"Rabitəbank" ASC-nin idarəetmə orqanlarının tərkibi yeni redaksiyada təsdiq ediləcək.
"Gündəmtv.Az"ın məlumatına görə, bu barədə qərar bankın 2024-cü il avqustun 30-u, saat 17.00-da keçiriləcək səhmdarlarının növbədənkənar ümumi yığıncağında veriləcək.
Yığıncağın gündəliyinə yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkibinin yeni redaksiyada təsdiq edilmiş "Banklarda Korporativ İdarəetmə Standartları"nın tələblərinə uyğun təsdiqi, təşkilati və cari məsələlər daxildir.