AFFA Premyer Liqa təmsilçilərinə güzəştə gedib. Bu haqda federasiyadan redaksiyamıza bildirilib.
Verilən məlumata görə, Klublar Komitəsinin son müraciəti qurumun rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Belə ki, AFFA onların vasitəsilə dövlət tərəfindən maliyyə yardımının bir çox şərtində elita nümayəndələrinə güzəştə gedib.
Yəqin aydın oldu: məsələ 3 milyon manatlıq illik dotasiya ilə bağlıdır. Klublar ötən 2 mövsümdə həmin vəsaitdən özlərinin nəzərdə tutduğu kimi istifadə edə bilmirdi.
AFFA tərəfindən müxtəlif kvotlar qoyulub və məbləğ müəyyənləşdirilmiş istiqamətlər üzrə xərclənməyincə, cərimə tətbiq olunur, yardımın bir hissəsi kəsilirdi.
Artıq bu məhdudiyyətlərin əhəmiyyətli qismi aradan qaldırılır. İcraiyyə Komitəsinin bu məqsədlə tezliklə toplaşması və dəyişikliyi təsdiqləməsi planlaşdırılır.(sportinfo.az)