Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan bir müddət əvvəl Ermənistan Milli Qalereyasının rəhbərliyinə iş xahişi ilə müraciət edib.Gündəm24.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Bildirilir ki, Aşot qalereyada bələdçi işləmək istəyir.
Məlumdur ki, o, rəssamlıqla məşğuldur. Onun ilk sərgisi iki il əvvəl baş tutub. Xidmətdən sonra təhsilini yarımçıq qoyub, bir müddət pivə satıcısı kimi çalışıb, sonra rəsm çəkməyə başlayıb. Aşot, əsasən ailəsindən ayrı yaşayır, ən son Ararat rayonundakı kəndlərdən birində məskunlaşıb.
Oxunub: 63