• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Paşinyan Qarabağ məsələsini rəsmi şəkildə bağladı: “Ermənistan yeni dövrə qədəm qoyur”

Manşet / Siyasət

19-08-2025, 21:46



Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanmış sülh sazişinə dair xalqa müraciət edib. O, 8 avqustda Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanmış sənədi Ermənistan üçün “yeni dövrün başlanğıcı” adlandırıb.

Gündəm24.az xəbər verir ki, Paşinyan bununla İrəvanın uzun illər davam edən ərazi iddialarından imtina etdiyini və Qarabağ məsələsinin bağlanmasını qəbul etdiyini bəyan edib. Baş nazirin sözlərinə görə, məhz bu addım olmadan bölgədə sülhün bərqərar olması mümkünsüz idi.

Paşinyan çıxışında Ermənistan cəmiyyətinin uzun illər “müharibə psixologiyası” ilə yaşadığını, bunun isə “xüsusi qüvvələrin ölkənin müstəqillik və dövlətçiliyini zəiflətmək məqsədilə tətbiq etdiyi alət” olduğunu vurğulayıb. O, bundan sonra təhlükəsizliyin hərbi qarşıdurma ilə deyil, institusional sülh sazişi ilə təmin ediləcəyini bildirib.

Baş nazir həmçinin Qarabağdan köçən ermənilərin geri dönüşünün “reallığa uyğun olmadığını və təhlükə daşıdığını” açıq şəkildə dilə gətirib. Onun sözlərinə görə, bu məsələ əslində yalnız Ermənistanın daxili sosial siyasətində – məcburi köçkünlərin inteqrasiyası və dəstəyi kontekstində həll olunmalıdır. Paşinyan əlavə edib ki, bu mövzunun ikitərəfli danışıqlara çıxarılması yeni gərginliklərə səbəb ola bilər.

Baş nazir “erməni əsirləri” məsələsinin də sülh sazişinə daxil edilmədiyini açıqlayıb. O, bu addımı “əsirlərin azad edilməsinin sənədin imzalanması və ratifikasiyasına qədər yubadılmaması üçün” atdıqlarını deyib. Lakin rəsmi Bakı dəfələrlə bəyan edib ki, söhbət əsirdən yox, Azərbaycan torpaqlarında törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verən şəxslərdən gedir.

Paşinyanın müraciətində diqqətçəkən məqamlardan biri də Ermənistan və Azərbaycanın ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsi oldu. Bu təşəbbüs, ekspertlərin fikrincə, Ermənistanın təhlükəsizlik məsələlərində Moskvadan uzaqlaşaraq Qərb istiqamətinə yönəldiyinin göstəricisidir.

Çıxışının sonunda Paşinyan Ermənistanın “30 ildən çox davam edən blokada və beynəlxalq təcriddən çıxdığını” bəyan edib. Bu isə İrəvanın öz daxili auditoriyası üçün “müharibəsiz həyat” narrativini leqitimləşdirmək cəhdi kimi dəyərləndirilir.

Beləliklə, Paşinyanın son müraciəti Ermənistan siyasətində dönüş nöqtəsi hesab olunur. Qarabağ iddiasından rəsmi imtina edən ölkə indi qonşularla normal münasibətlər qurmağa və regional inteqrasiyaya yönəlməyə çalışır. Lakin analitiklərin fikrincə, Paşinyan hökumətinin qarşısında ən böyük maneə daxildə mövcud olan revanşist qüvvələr və onların xarici havadarlarıdır.

Səmra İSMAYIL,
Gündəm24.az

Oxunub: 350
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

18-08-2025, 21:16

Paşinyan: “Biz revanş cəhdlərini qətiyyətlə rədd etmişik və edəcəyik”

Manşet / Siyasət

18-08-2025, 13:30

Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”

Manşet / Siyasət

18-08-2025, 13:20

İran XİN: Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik

Manşet

16-08-2025, 14:40

"Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır" — Qüdrət Həsənquliyev

Manşet / Cəmiyyət

15-08-2025, 11:11

QAİ-Sumqayıt nümayəndəliyində tədbir keçirilib. - FOTOLAR

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə