Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyur.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın xüsusi hərbi əməliyyatla əlaqədar ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, “Toyota” Motor İdarə Heyətinin sədri Toyoda Akio, “Rakuten” Korporasiyasının təsisçisi Mikitani Hiroşi.və digər Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Sanksiya siyahısına Yaponiya işgüzar dairələrinin digər nümayəndələri də daxil edilib.