Rusiya Federasiyası daşqının nəticələrinin aradan qaldırılmasında Ermənistana yardım etməyə hazırdır
Gündəmtv.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, Ermənistanda leysan yağışları nəticəsində yaranmış fövqəladə vəziyyətlə əlaqədar Rusiya Müdafiə Nazirliyi daşqın və sellərin nəticələrinin aradan qaldırılmasına yardım göstərməyə hazırdır.
102-ci Rusiya hərbi bazasının komandanlığına şəxsi heyətin və lazımi texnikanın ayrılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Ermənistan tərəfinin xahişi ilə Rusiya Silahlı Qüvvələrinin qüvvə və vasitələri fəlakət bölgələrinə göndəriləcək.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, təbii fəlakət zonasından 269 nəfər təxliyə edilib, Lori və Tavuşun 120 sakini xilas edilib, 3 erməni isə ölüb.