İsrail “Wall Street Journal”ın (WSJ) yazdığına görə, Qətərdə HƏMAS liderlərinə raket hücumu həyata keçirib. Hücum F-15 və F-35 qırıcılarından istifadə edilməklə, Qırmızı dəniz üzərindən buraxılan uzaqmənzilli ballistik raketlərlə icra olunub.
gundemtv.az xəbər verir ki, nəşrin qeyd etdiyinə görə, plan ərəb hava məkanını kənarlaşdıraraq ABŞ-a xəbərdarlıq üçün cəmi bir neçə dəqiqə vaxt qoyub. Bu isə Trampın hücumu dayandırması üçün çox gec olub.
Raketlər Dohaya düşsə də, HƏMAS-ın yüksək səviyyəli siyasi xadimlərini vura bilməyib, əvəzində aşağı rütbəli məmurlar həlak olub.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 142